Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 9-cu turu ilə bağlı cəmi bir qərar qəbul olunub:

“Keşlə” – “Qəbələ” matçı meydan sahiblərinə görə 2 dəqiqə gec başladığı üçün klub 800 manat cərimə olunub.