Premyer Liqa klublarının cəzaları açıqlandı
- 24 Sen 2024 17:45
- 126
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, bu gün baş tutan iclasda Misli Premyer Liqasının 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilib.
“Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda meydançaya kənar əşyalar atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilib.
“Səbail” – “Sabah” oyununda “Səbail” komandasının 7 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” komandası 700 manat cərimə edilib.
“Səbail” – “Sabah” oyununda “Səbail” klubunun azarkeşləri tərəfindən hakimlərin və qonaq komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Səbail” komandasına xəbərdarlıq edilib.
“Səbail” – “Sabah” oyununda “Sabah” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” komandası 700 manat cərimə edilib.
“Sumqayıt” – “Zirə” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Sumqayıt” komandası 500 manat cərimə edilib.