Premyer Liqa klubu 19 yaşlı futbolçu transfer etdi – 27 milyona
- 30 Avq 2023 16:00
- 330
“Lill”in yarımmüdafiəçisi Karlos Baleba “Brayton”a keçib.
Rekord.az “qağayılar”ın rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ilə 2028-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
Bu transfer İngiltərə klubuna 27 milyon avroya başa gəlib.
Baleba 2022/23 mövsümündə Fransa klubunun heyətində 21 oyuna çıxıb və iki məhsuldar ötürmə edib.