Premyer Liqa klubu amerikalı iş adamına satıldı
- 19 Dek 2024 20:00
- 78
İngiltərə Premyer Liqasının rəhbərliyi "Everton" futbol klubunun Amerika Birləşmiş Ştatlarından olan milyarder Den Fridkinin şirkətinə satılmasına razılıq verib.
Rekord.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.
Sentyabrda "Friedkin Group" Mersisayd təmsilçisinin keçmiş sahibi, iş adamı Fərhad Moşirinin sahibi olduğu "Blue Heaven Holdings"lə razılığa gəliblər. Maliyyə şərtləri açıqlanmayıb.
İngiltərənin ən qədim klublarından olan "Everton" yüksək dəstəni heç vaxt tərk etməyən azsaylı komandalardan biridir. Ötən mövsüm "maliyyə feyr-pleyi" qaydaları pozulduğu üçün klubun 8 xalı silinib. Komanda cari mövsüm 15 matçdan sonra 15 xalla 16-cı pillədə qərarlaşıb.