Premyer Liqa klubu fransalı futbolçu ilə gücləndi - RƏSMİ
- 29 Apr 2020 20:00
- 692
İngiltərənin “Uotford” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın “Havr” klubundan Pape Queyeni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Lakin müqavilə iyulun 1-dən qüvvəyə minəcək.
Queye Fransanın 18 və 19 yaşadək futbolçulardan ibarət milli komandalarında forma geyinib. “Havr”ın öz yetirməsi olan yarımmüdafiəçi 2017-ci ildən Liqa 2 təmsilçisinin əsas komandasında forma geyinirdi.