“Nyukasl” ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin kapitanı Camal Lassells uzun müddətə sıradan çıxıb.

Premyer Liqanın 30-cu turunda “Vest Hem”lə ev oyununda (4:3) dizindən zədə almış 30 yaşlı futbolçu üçün mövsüm erkən bitib. Klubdan verilən məlumata görə, müdafiəçi 6-9 ay yaşıl meydanlardan kənarda qala bilər.

Bu mövsüm müdafiəçi komandanın heyətində 26 oyun keçirib və 1 qol vurub.