İngiltərənin “Vest Hem” klubu icarə əsasında komandada çıxış edən Tomaş Souçekin müqaviləsinin müddətini artırıb.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi Premyer Liqada mövsüm bitənə qədər “Vest Hem”in formasını geyinəcək.

2020-ci ilin yanvarında “Vest Hem”ə keçən Souçekin əvvəlki müqaviləsi iyulun 1-nə qədər idi. Müqavilə ilə “Slaviya” (Praqa) klubuna məxsus olan Çexiya millisinin üzvüylə olan yeni sözləşmə avqustun 1-nə qədər qüvvədə olacaq.

Koronavirusa görə dayandırılan İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq.