![photo](https://www.rekord.az/storage/uploads/5/kebano-780x470.jpg)
Premyer Liqa klubunda ayrılıq
- 08 İyl 2023 17:16
- 291
İngiltərənin “Fulhem” klubu yarımmüdafiəçi Nesken Kebano ilə vidalaşdığını açıqlayıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iyulun 1-də futbolçunun Premyer Liqa təmsilçisi ilə müqaviləsinin müddəti bitib və o, azad agent statusu qazanıb.
Kebano 2016-cı ildən “Fulhem”in heyətində çıxış edirdi. O, 2022/23 mövsümündə İngiltərə çempionatında 17 oyuna çıxıb və üç məhsuldar ötürmə edib.