İngiltərənin “Aston Villa” klubunda baş məşqçi Din Smitlə yollar ayrılıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

50 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Smit 2018-ci ildən “Aston Villa”nı çalışdırırdı. Sözügedən komanda bu mövsüm topladığı 10 xalla 16-cı pillədə qərarlaşıb.