Premyer Liqa klubunda baş məşqçi ilə yeni müqavilə
- 07 Dek 2019 12:30
- 722
İngiltərənin “Lester Siti” klubu baş məşqçisi Brendan Rocerslə müqavilə müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
36 yaşlı şimali irlandiyalı mütəxəssis klubu ilə müddəti 2025-ci ildə bitəcək yeni müqaviləyə imza atıb.
Yeni müqavilənin detalları barədə məlumat verilmir. Amma Britaniya mətbuatının iddiasına görə, Rocersin illik qazancı bundan sonra 5 milyon funt-sterlinq təşkil edəcək. Eyni zamanda 2025-ci ildən əvvəl hansısa klub bu mütəxəssisi baş məşqçi postunda görmək istəsə, “Lester Siti”yə 14 milyon funt-sterlinq təzminat ödəməlidi.
Qeyd edək ki, şimali irlandiyalı mütəxəssis İngiltərə klubunu bu ilin fevral ayından çalışdırır. Onun əvvəlki müqaviləsinin müddəti 2022-ci ilə qədər idi.
“Lester Siti” bu mövsüm Premyer Liqada 15 turdan sonra 35 xalla lider “Liverpul”un 8 xal gerisində, ikinci pillədə qərarlaşıb.