Premyer Liqa klubunda baş məşqçiylə yeni müqavilə
- 11 Sen 2020 19:32
- 533
İngiltərənin “Lids” klubu baş məşqçisi Marselo Byelsanın müqaviləsinin müddətini artırıb.
Rekord.az xəbər verir ki, 65 yaşlı mütəxəssis daha bir il Premyer Liqa komandasını çalışdıracaq.
Bu barədə “Lids”in mətbuat xidməti məlumat yayıb. Byelsa ilə müddəti mövsümün sonuna qədər olan müqavilə imzalanıb.
Byelsa 2018-ci ilin yayından “Lids”i çalışdırır. Onun rəhbərlik etdiyi komanda yeni mövsümdə İngiltərə Premyer Liqasında mübarizə aparacaq.