İngiltərənin “Bernli” klubunda baş məşqçi Şon Dayçla müqavilənin müddəti artırılıb.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Dayçla yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

“Bernli” Premyer Liqada 18-ci sıradadır.