İngiltərənin “Everton” klubu ciddi itkiylə üzləşib.

Rekord.az xəbər verir ki, Mersisayd təmsilçisinin futbolçusu Jan-Filipp Qbamin zədələnib.

Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. 

Məşqdə zədələnən 24 yaşlı yarımmüdafiəçi növbəti həftə əməliyyat olunacaq. Qbaminin 2020-ci ildə yaşıl meydanlara qayıda bilməyəcəyi vurğulanıb.

Koronavirusa görə dayandırılan İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq.