“Vest Hem”in yarımmüdafiəçisi Ceyms Uord-Prouz məşqdə zədələnib.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ən az 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Uord-Prouz bu mövsüm bütün yarışlarda 4 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.