![photo](https://www.rekord.az/storage/uploads/5/lopeteqi-1.jpg)
Premyer Liqa klubunda gözlənilməz ayrılıq
- 09 Avq 2023 10:45
- 294
“Vulverhempton” klubu İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünün startına üç gün qalmış baş məşqçisi Xulen Lopeteqini istefaya göndərib.
Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ispaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Lopeteqi cəmi 9 ay “Vulverhempton”un “sükanı arxasında" qala bilib.
57 yaşlı mütəxəssis 2022-ci ilin noyabrında bu posta təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda ötən mövsümü 13-cü pillədə başa vurub. Lopeteqi ilə birlikdə məşqçlər korpusunda yer alan digər 6 nəfərlə də yollar ayrılıb.
İngiltərə Premyer Liqasında yeni mövsümə avqustun 11-də start veriləcək. “Vulverhempton” ilk oyununu ayın 14-də səfərdə “Mançester Yunayted”ə qarşı keçirəcək.