“Brayton” iki futbolçusu ilə yeni müqavilə bağlayıb.

Rekord.az xəbər verir ki, Premyer Liqa klubu müdafiəçiləri Yoel Veltman və Ed Ternslə müqavilənin müddəni artırıb.

Hər iki futbolçu 2 illik yeni sözləşməyə imza atıb.

Niderlanddan olan 31 yaşlı Yoel Veltman 2020-ci ildən oynadığı “Brayton”da 106 oyuna 3 qol vurub.

20 yaşlı Ed Terns isə bu klubun öz yetirməsidir. O, “Brayton”da cəmi 2 oyun keçirib.

“Brayton” qapıçısı Kyel Sxerpeni də Avstriyanın “Şturm Qraz” klubuna icarəyə verib. Niderlanddan olan 23 yaşlı qolkiper qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq.