Roy Hocson baş məşçisi olduğu "Kristal Pelas"dan ayrılıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli mütəxəssisin yayımlanan açıqlamasında İngiltərə təmsilçisini tərk etdiyi vurğulanıb.

Hocson 2023-cü ildən “Kristal Pelas”ı çalışdırırdı. O, daha öncə 2017-2022-ci illər aralığında da bu komandaya rəhbərlik edib.

"Kristal Pelas" İngiltərə Premyer Liqasında 24 xalla 16-cı pillədə qərarlaşıb.