Rusiyanın "Soçi" komandasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Virusa yoluxanlar arasında futbolçularla yanaşı, klubun əməkdaşları da var. Bütövlükdə 9 nəfərin testinin müsbət çıxdığı bildirilir.

Bu səbəbdən “Soçi”nin Premyer Liqanın 29-cu turu çərçivəsində bu gün keçirilməli olan "Tambov"la oyunu təxirə salınıb.