İngiltərənin “Everton” klubu məşqçilərin və futbolçuların məvacibini azaldıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub, koronavirus səbəbiylə məşqçi və futbolçuların məvaciblərinin azaldılmasını qəbul etdiklərini bildirib. Qərara görə, baş məşqçi Karlo Ançelottinin məvacibi 30 faiz, əsas komandanın üzvlərinin məvacibi isə 50 faiz azaldılıb. Bu, üç aylıq müddət üçün keçərli olacaq. Ançelotti və köməkçilərinin mart ayı üçün məvacibləri məhz 30 faizlik azalma ilə ödənilib.