![photo](https://rekord.az/uploads/5/d111c9c3-23c8-3a06-aafd-214df3172301-850-600x300.jpeg)
Premyer Liqa klubunda seneqallı hücumçu
- 2024-07-03 18:00
- 79
İngiltərə Premyer Liqa təmsilçisi "Everton" seneqallı hücumçu İliman Ndiayeni transfer edib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı oyunçu yeni komandası ilə 5 illik müqavilə bağlayıb.
Onun transferi 18 milyon avroya başa gəlib.
Ndiaye son olaraq Marsel “Olimpik"inin şərəfini qoruyub.