Premyer Liqa klubunda yeni baş məşqçi
- 07 Dek 2019 15:42
- 802
İngiltərənin “Uotford” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az xəbər verir ki, bir neçə gün öncə Kike Sançes Floresi istefaya göndərən Premyer Liqa təmsilçisi Naycel Pirsona tapşırılıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 56 yaşlı ingilis mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Pirson daha öncə ölkəsində “Sauthempton”, “Lester Siti”, “Hall Siti” və “Derbi Kaunti” klublarını çalışdırıb. Onun son iş yeri isə Belçikanın “Leuven” klubu olub.
Onu da qeyd edək ki, Pirson bu mövsüm “Uotford”u çalışdıracaq üçüncü mütəxəssisdi. Premyer Liqa təmsilçisi mövsümə Xavi Qarsiya ilə başlamış, ardından Sançes Floresi baş məşqçi postuna dəvət etmişdi. Sözügedən komanda hazırda 8 xalla sonuncu pillədə qərarlaşıb.