İngiltərənin "Nottingem Forest" komandasının yeni baş məşqçisi bəlli olub.

Rekord.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı Nuno Espirito Santo ilə 2,5 illik müqavilə imzalanıb.

O, dekabrın 23-də, 18-ci turun "Bornmut"a qarşı matçında "canavarlar"da debüt edəcək. Santo bu postda ötən gün istefaya göndərilmiş Stiv Kuperi əvəzləyib.

"Nottingem Forest" Premyer Liqada 14 xalla 17-ci pillədə qərarlaşıb.