"Vest Hem"in yeni baş məşqçisi müəyyənləşib.

Rekord.az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bundan sonra "çəkicdöyənlər"i Xulen Lopeteqi çalışdıracaq.

57 yaşlı mütəxəssis bu postda Devid Moyesi əvəzləyib.

Lopeteqinin sonuncu iş yeri İngiltərənin "Vulverhempton" klubu olub. O, daha əvvəl İspaniya millisi, "Real" (Madrid) "Sevilya", "Portu", "Rayo Valyekano"nun baş məşqçisi olub.