Premyer Liqa klubunda yeni müqavilə
- 03 Apr 2021 18:20
- 574
İngiltərənin “Lester Siti” klubu futbolçusu Keleçi İheanaço ilə müqaviləni yeniləyib.
Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 24 yaşlı hücumçunun sözləşməsinin müddətini 2024-cü ilin yayına qədər artırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İheanaço bu mövsüm “Lester Siti” ilə 28 oyunda 12 qol vurub.
Nigeriyalı futbolçu 2017-ci ildən “Lester Siti”də çıxış edir.