Premyer Liqa klubunda yeni müqavilə
- 04 Dek 2019 11:20
- 761
İngiltərənin “Everton” klubu hücumçusu Riçarlisonla müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
22 yaşlı futbolçu ilə müqavilənin müddəti 2024-cü ilə qədər artırılıb.
Braziliyalı futbolçu “Everton”a 2018-ci ilin yayında 25 milyon funt-sterlinqə “Uotford”dan transfer olunub. O, bu komanda 55 rəsmi oyuna çıxıb, 20 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.