Premyer Liqa klubunda yeni müqavilə
- 22 Avq 2021 14:22
- 532
İngiltərənin “Lester Siti” klubu yarımmüdafiəçisi Harvi Barnsla müqavilənin müddətini artırıb.
Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
23 yaşlı futbolçu ilə yeni müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Barns “Lester Siti”nin öz yetirməsidir. İngilis yarımmüdafiəçi, “Milton Kins Dons”, “Barnsli” və “Vest Bromviç” kimi klublarda icarədə də oynayıb.