“Vest Hem” müdafiəçisi Ancelo Oqbonnanın müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

35 yaşlı futbolçu ilə 1 illik yeni müqavilə imzalanıb. Təcrübəli futbolçu qarşıdakı mövsümün sonuna kimi komandada qalacaq.

Oqbonna 2015-ci ildən “Vest Hem”in uğurları üçün çalışır. O, bu komandada 232 oyuna çıxıb, 13 qol vurub. Müdafiəçi əvvəllər “Torino”, “Yuventus”, “Krotone” kimi klublarda da forma geyinib, İtaliya yığmasında 13 oyun keçirib.