![photo](https://www.rekord.az/storage/uploads/5/1694690542-salon.jpg)
Premyer Liqa klubunda yeni müqavilə
- 15 Sen 2023 11:00
- 280
“Bornmut” klubu hücumçusu Dominik Solankenin müqavilə müddətini uzadıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı ingiltərəli futbolçu ilə yeni müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Solanke 2019-cu ilin yanvarından “Bornmut”da çıxış edir. O, ötən mövsüm 35 oyun keçirib, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.