Premyer Liqa klubunda yeni müqavilə
- 07 Dek 2023 10:27
- 244
Qapıçı Freyzer Forster “Tottenhem”lə müqaviləsinin müddətini uzadıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingilis qolkiperlə yeni müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Forster İngiltərə klubunun heyətində bu günə qədər 21 oyun keçirib. 35 yaşlı futbolçu İngiltərə millisində də 6 matçda forma geyinib.