İngiltərənin "Aston Villa" klubu hücumçusu Con Duranla müqavilə müddətini uzadıb.

Rekord.az klubun mətbuat xidmətinı istinadən xəbər verir ki, futbolçu ilə yeni müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.

20 yaşlı kolumbiyalı 2023-cü ilin əvvəlində, təxminən 16 milyon avroya ABŞ təmsilçisi "Çikaqo"dan transfer olunub.

"Aston Villa"nın bombardiri bu mövsüm bütün yarışlarda meydana çıxdığı 10 matçda 6 qol vurub.