
Premyer Liqa klubunda yeni müqavilə
- 01 Apr 2025 21:09
- 77
"Vulverhempton" yarımmüdafiəçisi Juan Qomeslə müqavilə müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı oyunçunun yeni sözləşməsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qomes iki il əvvəl "Flamenqo"dan "Vulverhempton"a keçib. O, İngiltərə klubunun heyətində 80 oyuna 7 qol vurub.