![photo](https://www.rekord.az/storage/uploads/5/amduni-1.jpg)
Premyer Liqa klubundan 18,6 milyon avroluq transfer
- 19 İyl 2023 18:00
- 266
İngiltərə Premyer Liqası təmsilçisi “Bernli” “Bazel”in hücumçusu Zeki Amduni ilə müqavilə imzalayıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı isveçrəli ilə 5 illik müqavilə imzalanıb.
Transfer dəyərinin 18,6 milyon avro olduğu bildirilir.
Amduni ötən mövsüm “Bazel”in heyətində 52 oyuna çıxıb, 22 qol vurub və 5 məhsuldar ötürmə verib. Həmçinin o, İsveçrə millisinin heyətində 5 oyunda 5 qola imza atıb.