İngiltərənin "Kristal Pelas" klubu baş məşqçisi Roy Hocsonla müqaviləni yeniləyib.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

76 yaşlı mütəxəssisin yeni sözləşməsi 2024-cü ilin iyununa qədərdir.

Xatırladaq ki, Hocson bu ilin mart ayında "Kristal Pelas"a baş məşqçi təyin edilib. İngiltərə millisinin sabiq baş məşqçisi 2017-ci ilin sentyabrından 2021-ci ilin mayına qədər də "Kristal Pelas"ı çalışdırıb.