İngiltərənin “Nyukasl” klubunun baş məşqçisi Eddi Haunun müqaviləsi yenilənib.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İngiltərədən olan 44 yaşlı mütəxəssislə uzunmüddətli müqavilə imzalandığı diqqətə çatdırılıb. Lakin müddət və digər detallar açıqlanmayıb. O, 2021-ci ilin noyabrından “Nyukasl”a rəhbərlik edir. Həmin vaxt gənc mütəxəssislə 2024-cü ilin yayına kimi müqavilə imzalanmışdı.

“Nyukasl” bu məşqçinin rəhbərliyi altında 28 oyuna çıxıb, 13 qələbə qazanıb, 5 heç-heçə edib, 10 oyunda məğlub olub. Komanda Premyer Liqada geridə qalan mövsümü 11-ci pillədə başa vurub.