“Fulhem” baş məşqçisi Marko Silvanın müqaviləsinin müddətini artırıb.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Portuqal mütəxəssislə yeni sözləşmə 2026-cı ilin yayına qədər uzadılıb.

Marko Silva 2021-ci ilin yayından İngiltərə klubunun baş məşqçisidir. Sözügedən komanda bu mövsüm Premyer Liqada 9 turdan sonra 11 xalla 13-cü pillədə qərarlaşıb.