Premyer Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə
- 28 May 2024 10:30
- 237
"Aston Villa" baş məşqçisi Unay Emeri ilə müqavilə müddətini uzadıb.
Rekord.az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis 2029-cu ilə qədər "şirlər"ə rəhbərlik edəcək.
İspan məşqçi 2022-ci ildən "Aston Villa"da çalışır. Onun komandası cari mövsüm İngiltərə Premyer Liqasını 4-cü pillədə başa vuraraq tarixində ilk dəfə UEFA Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.