İngiltərənin “Kristal Pelas” klubu baş məşqçisi Roy Hocsonun müqaviləsinin müddətini artırıb.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 72 yaşlı mütəxəssislə müddəti 2021-ci ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.

2017-ci ildən “Kristal Pelas”ı çalışdıran Hocsonun əvvəlki müqaviləsi mövsümün sonuna qədər idi.

“Kristal Pelas” hazırda Premyer Liqada 12-ci sıradadır.