İngiltərənin “Brayton” klubu koronavirus pandemiyasına qarşı mübarizə aparan Milli Səhiyyə Xidmətinin (NHS) əməkdaşlarına pulsuz bilet veriləcəyini açıqlayıb.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, NHS əməkdaşlarına “Brayton”un gələcək oyunlarında istifadə üçün 1000 bilet hədiyyə olunacaq. Klub digər Premyer Liqa təmsilçilərini də səhiyyə işçilərinə pulsuz bilet hədiyyə etməyə çağırıb.

“Brayton”un CEO-su Paul Barber isə klub saytına açıqlamasında bunları söyləyib:

“Futbolun hazırda hər kəsin ağlındakı son şey olduğunun fərqindəyik. Amma hamımız üçün ön cəbhədə mübarizə aparan səhiyyə işçilərinə minnətdarlığımızı biz də bu yolla göstərmək istədik”.