![photo](https://www.rekord.az/storage/uploads/5/loris-karius-eddie-howe-paul-dummett.jpg)
Premyer Liqa klubundan Karius və Dammetlə yeni müqavilə
- 09 İyl 2023 23:55
- 268
"Nyukasl" futbolçuları Pol Dammett və Loris Kariusla müqavilənin müddətini uzadıb.
Rekord.az klubun saytına istinadən xəbər verir ki, həm 30 yaşlı qolkiperlə, həm də 31 yaşlı müdafiəçi ilə 1 illik yeni müqavilə imzalanıb.
Onlar 2023/2024 mövsümündə də sözügedən klubda çıxış edəcəklər.
Karius ötən ilin sentyabrında "Nyukasl"a transfer olunub. O, 2022/2023 mövsümündə klubun heyətində cəmi 1 oyuna çıxıb. Dammett isə 2013-cü ildən bu klubun uğurları üçün çalışır.