İngiltərənin "Brayton" klubu yeni futbolçu transfer etdiyini açıqlayıb.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-mavilər" Şotlandiyanın "Seltik" kollektivindən Mett O Raylini sıralarına qatıb.

23 yaşlı müdafiəçi yeni komandası ilə 5 illik müqavilə imzalayıb.

Danimarka millisinin üzvü "Seltik"in heyətində 124 matçda 27 qol vurub.