Futbol üzrə Ukrayna Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilməli olan “İnhulets” – “Rux” matçı təxirə salınıb.

Rekord.az xəbər verir ki, buna "Rux" komandasının futbolçularında koronavirusa yoluxma hallarının qeydə alınması səbəb olub.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Rəhbərliyin qərarı ilə futbolçular qarşıdakı 3 günü öz evlərində keçirməlidirlər. Komandanın məşqləri də ləğv edilib.

“İnhulets” – “Rux” matçı oktyabrın 17-də keçirilməli idi.