Premyer Liqanın 2021/22 mövsümündə ilk qolsuz oyun keçirilib.

Rekord.az xəbər verir ki, bu, 5-ci tura təsadüf edib. Turun ikinci günündəki “Sumqayıt” – “Qəbələ” görüşü 0:0 hesabı ilə başa çatıb.

Bu mövsümün əvvəlki 19 qarşılaşmasında 4 bərabərlik qeydə alınsa da, onların üçündə 1:1, birində 2:2 hesabına təsadüf olunub.

Ölkə çempionatları tarixində bir dəfə 0:0 hesabı daha gec qeydə alınıb. Bu, 2003/04 mövsümünə təsadüf edib. Həmin vaxt ilk qolsuz matç 6-cı turda gerçəkləşib.

2018/19 və 2019/20 mövsümlərində isə ilk 0:0 hesabı indiki kimi 5-ci tura təsadüf edib.