İngiltərə Premyer Liqası rəhbərliyi futbolçuları və klubların işçi heyətini davamlı olaraq koronavirus testindən keçirmək üçün yeni müqavilə imzalayıb.

Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, liqa rəhbərliyi mərkəzi Honkonq olan bir şirkətlə razılaşma əldə edib.

4,5 milyon avro dəyəri olan müqaviləyə görə, Premyer Liqa rəhbərliyi futbolçuları və işçiləri həftədə iki dəfə koronavirus testindən keçirəcək. Testin nəticəsi müsbət çıxan futbolçular komandadan ayrılaraq, karantinə alınacaq.

Premyer Liqa koronavirus pandemiyasına görə qeyri-müəyyən müddətə təxirə salınıb.