Premyer Liqada 100-cü sülh
- 16 Dek 2023 18:40
- 226
“Sumqayıt” Azərbaycan çempionatlarında 100-cü heç-heçəsini edib.
Rekord.az xəbər verir ki, bu, Misli Premyer Liqasının 17-ci turuna təsadüf edib.
“Gənclik şəhəri” təmsilçisi “Kəpəz”lə səfər görüşündə 1:1 hesablı bərabərliyə imza atıb. Sumqayıtlılar Premyer Liqada 100 və daha çox heç-heçə edən 10-cu komandadır.
“Gənclik şəhəri” təmsilçisi 2011/12 mövsümündən Premyer Liqada çıxış edir. Sumqayıtlılar ilk heç-heçəsi 2011-ci sentyabrın 11-də “Qarabağ”la ev matçına təsadüf edib - 0:0.