Futbol üzrə Azərbaycan Premyer Liqasında 15-ci turun rəmzi komandası məlum olub.


Rekord.az xəbər verir ki, rəmzi komandada son turda “Səbail”i 1:0 hesabıyla məğlub edən “Qarabağ”dan 4 futbolçu yer alıb:


Qapıçı: Aleksandr Rıbka (“Səbail”);


Müdafiəçilər: Ali Sisey (“Zirə”), Maksim Medvedev (“Qarabağ”), Donald Gerye (“Neftçi”), Miyusko Boyoviç (“Keşlə”);


Yarımmüdafiəçilər: Xayme Romero, Abdullah Zubir (hər ikisi “Qarabağ”), Nərimancahan Saman (“Neftçi”), Elvin Camalov (“Zirə”);


Hücumçular: Mahir Emreli (“Qarabağ”), Riçard Qadze (“Zirə”).