Futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı turun oyun cədvəli məlum olub.

Rekord.az xəbər verir ki, 2 günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

Milli Məclisə seçkilərlə əlaqədar olaraq tur əvvəlcədən nəzərdə tutulduğu kimi 8-9 fevralda deyil, 7-8 fevralda keçiriləcək.

Azərbaycan Premyer Liqası
16-cı tur

7 fevral

“Keşlə” – “Səbail”
“ASK Arena”, 17:00.

“Sabah” – “Qəbələ”
“Bank Respublika Arena”, 19:00.

8 fevral

“Sumqayıt” – “Zirə”
“Kapital Bank Arena”, 17:30.

“Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00.