Futbol üzrə Azərbaycan Premyer Liqasında 19-cu turun oyun cədvəli məlum olub.

Rekord.az xəbər verir ki, iki günü əhatə edəcək qarşılaşmalar “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Turun açılış matçı martın 8-də keçiriləcək. “Sabah” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. 19-cu turun “Zirə” – “Qarabağ” matçı martın 9-da keçiriləcək.

Azərbaycan Premyer Liqası
19-cu tur

8 mart

Sabah – Sumqayıt
Masazır. “Bank Respublika Arena”, 16:00.

Keşlə – Neftçi
Bakı. “ASK Arena”, 18:15.

9 mart

Qəbələ – Səbail
Qəbələ şəhər stadionu, 15:00.

Zirə – Qarabağ
Zirə İdman Kompleksinin stadionu, 17:15.