İngiltərə Premyer Liqasına yüksələn "Fulhem" heyətini gücləndirib..

Rekord.az xəbər verir ki, London təmsilçisi "Sauthempton"un yarımmüdafiəçisi Mario Leminanı 2 milyon avro qarşılığında bir mövsümlük icarəyə götürüb.

Əgər Qabon millisinin üzvü Premyer Liqada mövsüm ərzində 20-dən çox oyun keçirsə, "Fulhem" daha 6 milyon avro ödəyib, futbolçunu transfer etməlidir.