“Zirə”nin futbolçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasında 200-cü oyununu keçirib.

Rekord.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Qurbanovun yubiley matçı 2020/21 mövsümünün ilk turuna təsadüf edib.

“Qəbələ” ilə səfərdəki görüşün (1:1) 77-ci dəqiqəsində meydana çıxan 29 yaşlı hücumçu ölkə çempionatındakı oyun sayını 200-ə çatdırıb. Bu, həm də Qurbanovun “Zirə”də debütü olub.