Premyer Liqada 5 oyunçu dəyişikliyi rəsmiləşdi
- 04 İyn 2020 20:00
- 643
Koronavirus pandemiyasına görə yarımçıq qalmış futbol üzrə İngiltərə Premyer Liqasında 2019/20 mövsümü bərpa olunandan sonra 5 oyunçu dəyişikliyi tətbiq olunacaq.
Rekord.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Xəbərdə Premyer Liqa rəhbərliyinin bu qaydanı təsdiqlədiyi diqqətə çatdırılıb. Mövsümün qalan oyunlarında klublara həm 5 oyunçu dəyişdirməyə, həm də matçın iştirak ərizəsinə 9 ehtiyat oyunçu daxil etməyə icazə verilib. Əvvəllər klublar 7 ehtiyat futbolçu sifariş edə bilirdilər.
İngiltərə Premyer Liqasının iyunun 17-dən etibarən bərpası planlaşdırılır. Qarşılaşmalar azarkeşsiz keçiriləcək.